Accessibility links

ABŞ səfiri Sumqayıtda olub


Robert Sekuta Sumqayıta səfər edib
Robert Sekuta Sumqayıta səfər edib

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta martın 2-də Sumgayıt şəhər (Bakıdan 36 kilometr şimal) icra hakimiyyəti başçısı Zakir Fərəcov ilə görüşüb.

ABŞ səfirliyinin Twitter səhifəsində yaydığı məlumata görə, səfir Sekutaya şəhərin sosial və iqtisadi inkişafı barədə məlumat verilib.

Robert Sekuta Sumqayıta səfər edib
Robert Sekuta Sumqayıta səfər edib

Görüşdə Dağlıq Qarabağ münaqişəsi və bölgədə sülh cəhdləri müzakirə edilib. Sahibkarlığın və gənclər üçün iş yerlərinin vacibliyi diqqət mərkəzində olub.

ABŞ səfiri Sumqayıtda yerləşən emal zavodunun işi ilə tanış olub. Zavod ildə 50 000 ton tullantı emal edir.

“Emal prosesi məmulatların Azərbaycanda yenidən istifadəsinə və ya ixracına imkan verir. Tullantıların emalı həm də ətraf mühitin qorunmasına təkan verir. Burada və Təmiz Şəhərdə emal fəaliyyətləri ildə 80 0000 ağacı goruyur”, R.Sekuta qeyd edib.

Robert Sekuta Sumqayıta səfər edib
Robert Sekuta Sumqayıta səfər edib

Səfir Sumqayıtda istehsal olunan ərzaq məmulatlarının xaricdə satılmasını səmərəli hesab edir.

“Azərbaycanda məmulatların istehsalında istifadə olunan yerli və ixrac olunmuş komponentləri görmək maraqlı idi. ABŞ Azərbaycan sənayesini hər il 30 000 ton xam qarğıdalı yağı ilə təchiz edir”, o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG