Accessibility links

Robert Sekuta: Biz əldə olunmuş uğurlu nəticənin daha da dərinləşdirilməsini səbirsizliklə gözləyirik [Video]


ABŞ səfiri Azərbaycan prezidentinin Vaşinqtona səfərinin yekunlarından danışıb

Biz uzun müddətdir ki, ABŞ-la Azərbaycan arasında uzunmüddətli əlaqələr qurmağa çalışırıq. Azərbaycan prezidentin ABŞ-a səfəri məhz bu mqəsədlərə xidmət edib. Prezident Əliyev ABŞ prezidenti Barak Obama, vitse-prezident Co Bayden, dövlət katibi Con Kerri, kommersiya məsələləri üzrə katib, dövlət katibinin müavini ilə görüşüb. Bütün bu görüşlər çox uğurlu olub. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərin sualının cavabında bildirib.

Səfir Amerikanın Səsinin Azərbaycan prezidentinin Vaşinqton səfərindən sonra iqtisadi münasibətlərdə, o cümlədəın insan haqları və demokratiya sahəsində hansı yeniliklərin olacağı ilə bağlı sualının cavabında deyib ki, prezidentin səfəri zamanı iki ölkənin münasibətlərinin bütün aspektlərinə toxunulub.

“Bunların arasında təhlükəsizlik, enerji, insan haqları, demokratiya və digər sahələr var. Ətraflı fikir mübadiləsi və müzakirələr aparılıb. Bütün görüşlər müsbət mühitin yaradılmasına gətirib çıxarıb. Əlbəttə bütün danışıqların və müzakirələrin təfərrüatına vara bilmərəm. Amma, bütün müzakirələrin mərkəzi, cəmləşdirmə nöqtəsi bu olub ki, Azərbaycanın öz iqtisadiyyatını şaxələndirilməsinə ABŞ necə kömək edə bilər? Bu görüşlərdən sonra rəsmi Vaşinqtondan verilən bəyanatlar hər iki tərəfin əldə olunan nəticələrdən məmnunluğunu bildirib. Bunları əldə etmək üçün bu pozitiv, müsbət irəliləyişi əldə etmək üçün hər iki tərəf uzun müddət səylər göstərib. Biz ümidvarıq və səbirsizliklə gözləyirik ki, əldə olunmuş bu uğurlu nəticə və mühit bundan sonra da daha da dərinləşdiriləcək və inkişaf etdiriləcək”.

XS
SM
MD
LG