Accessibility links

Robert Sekuta: Tərəflərin böyük sülh sazişi üzərində birgə işləməsi çox vacibdir


“İndiki məqamda tərəflərin atəşkəs rejiminə riayət etməsi, vəziyyəti daha da çətinləşdirəcək addımlardan çəkinməsi və böyük sülh sazişi üzərində birgə işləməsi çox vacibdir”.

APA agentliyinin məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanda Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması ilə bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib.

O xatırladıb ki, ABŞ Dövlət Departamentinin bununla bağlı bəyanatı olub: “Minsk Qrupunun həmsədrləri böyük sülh sazişi üzərində iş aparılması üçün tərəflərlə işləyirlər. ABŞ dövlət katibi Con Kerri də bu məsələni diqqətdə saxlayır. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik gərginliyin azaldılması və tərəfləri bir araya gətirərək sülh razılaşmasına nail olmaq istiqamətində çalışır. Hər kəs öz diqqətini məhz bu istiqamətə yönəltməlidir”.

R.Sekura Cənub Qaz Dəhlizi ilə bağlı jurnalistlərin sualının cavabında deyib ki, bu yaxınlarda ABŞ-la Avropa İttifaqı arasında enerji məsələləri üzrə məsləhətləşmələr keçirilib.

“Məsləhətləşmələrin əsas mövzusu Avropanın enerji təhlükəsizliyi olub və Azərbaycanın oynadığı mühüm rol xüsusi vurğulanıb. Biz hazırda Cənub Qaz Dəhlizi üzərində Azərbaycan və Aİ ilə birgə işimizi davam etdiririk. Bu məsələ Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir”, o qeyd edib.

XS
SM
MD
LG