Accessibility links

Robert Sekuta: ABŞ prezidentlərin üçtərəfli görüşündəki müsbət tempi, təkanı alqışlayır [Video]


ABŞ səfiri Sankt-Peterburq görüşünə münasibət bildirib

"ABŞ iyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş üçtərəfli görüşdə əldə olunmuş müsbət tempi, təkanı alqışlayır". Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu müsbət irəliləyiş Vyanada ABŞ-ın vasitəçiliyi və ATƏT-in Minsk qrupu həmsədrlərinin köməyi ilə keçirilən görüşün davamı xarakteri daşıyır.

"Bütün həmsədrlər və həmsədr ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar. Burada əsas məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir", o qeyd edib.

XS
SM
MD
LG