Accessibility links

ABŞ səfiri həbsdə olan jurnalistlə ailə həyatı qurmuş Nigar Yaqublunu təbrik edib


Robert Sekuta Tofiq və Nigar Yaqublu ilə
Robert Sekuta Tofiq və Nigar Yaqublu ilə

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta keçmiş siyasi məhbus Nigar Yaqublunu ailə həyatı qurması münasibətilə təbrik edib. ABŞ səfiri həmçinin Müsavat Partiyası başqanının müavini, keçmiş vicdan məhbusu Tofiq Yaqublunu qızının ailə həyatı qurması münasibəti ilə təbrik edib.

Robert Sekutanın Nigar Yaqubluya təbrik məktubu
Robert Sekutanın Nigar Yaqubluya təbrik məktubu

Nigar Yaqublunun facebook səhifəsində yayımladığı təbrik məktubunda deyilir ki, siyasi məhbus ailəsi kimi ötən illər onlar üçün çətin olub.

“Azərbaycan hökumətinin hazırda həbsdə olan siyasi məhbusları, o cümlədən həyat yoldaşınızı azadlığa buraxması üçün işimizi davam etdirəcəyimizi bir daha təsdiqləmək istəyirəm”, səfir Sekuta qeyd edir.

Xatırladaq ki, Nigar Yaqublu 2012-ci ildə həbs edilib, 2013-cü ildə azadlığa buraxılıb, onun atası Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş verən hadisələrdən sonra həbs edilib və 2016-cı ildə əfv olunub.

Nigar Yaqublu avqustun 2-də həbsdə olan “Azadlıq” qəzetinin şəhrçisi, “Azərbaycan Saaatı” televiziya proqramının aparıcısı Seymur Həzi ilə ailə həyatı qurub. Seymur Həzi 2014-cü ilin avqustunda xuliqanlıq ittihamı ilə 5 il həbs edilib. Seymur Həzi "Amnesty İnternational" tərəfindən "vicdan məhbusu" elan edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG