Accessibility links

ABŞ səfiri Qızların Liderlik Təşəbbüsü düşərgəsində olub


Robert Sekuta
Robert Sekuta

Düşərgədə Azərbaycanın 7 rayonundan olan şagird və müəllimlər bir araya gəlib

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İsmayıllı rayonunda (Bakıdan 170 kilometr şimal-qərb) təşkil olunan Qızların Liderlik Təşəbbüsü düşərgəsini ziyarət edib.

ABŞ səfirliyinin Facebook səhiifəsində yaydığı məlumata görə, bir həftəlik yay düşərgəsi çərçivəsində 7 rayondan olan (Şəmkir, Ağcabədi, Bərdə, Mingəçevir, Oğuz, Balakən və Zaqatala) 8-10-cu siniflərdən 20 qız şagird və yerli müəllimlər bir araya gəlib.

“Düşərgənin təşkilinin məqsədi Azərbaycanın rayonlarında yaşayan gənc qadınların hüquqi maarifləndirilməsi, vətəndaş məsuliyyəti, cinsi bərabərliklə bağlı mövzular ətrafında fikir mübadiləsi olub. Liderlik, komanda işi, stereotiplər, cins, icma layihəsinin inkişafı, cəsarət və şəxsi hədəflərin qoyulması kimi mövzular düşərgənin fəaliyyətində diqqət mərkəzində idi”, məlumatda qeyd edilir.

ABŞ səfirliyini və USAID/Azerbaijan (Amerika Beynəlxalq İnkişaf Agentliyi) təmsil edən qadın liderləri düşərgəni ziyarət edib, öz şəxsi hekayələrini və səfirlikdə baş lider vəzifələrində işləməklə bağlı məlumatları qızlarla bölüşərək onlarla interaktiv müzakirələrə qoşulublar.

XS
SM
MD
LG