Accessibility links

Elm

Yemək bişirən robot [Video]


Əgər siz ən çox bəyəndiyiniz yemək reseptini YouTube-da yerləşdirsəniz, o, çox güman ki, bu robot tərəfindən istifadə oluna bilər.

Yiannis Aloimonos: "İnternetdə saysız video məlumat var ki, biz onlardan yararlana və robotların öyrənməsi üçün istifadə edə bilərik."

Merilənd Universitetinin professoru Yiannis Aloimonosun rəhbərlik etdiyi komanda robota videoya baxaraq sadə işləri görməsini öyrətməyə çalışırlar. Hazırda video elektronik olaraq yüklənir, deyə araşdırmaçı alim Kornelia Fermuller bildirir.

Kornelia Fermuller: "İlk əvvəl biz öz videolarımızı, öz kameramızla yemək bişirərkən çəkdiyimiz videoları götürdük. Bunun faydası yüksək keyfiyyətli videoların olmasıdır. Robot daha sonra az keyfiyyətli evdə çəkilmiş videoları da qəbul edəcək."

Hələlik Culya adlanan robot sadə salat düzəltmək üçün tərəvəzləri, sousları qoya və qarışdıra bilir. Robot qaşığı götürmək, boşqaba çəkmək, salatı qarışdırmaq və nəticəni müşahidə etmək kimi hər bir işi sadə komponentlərə ayıraraq öyrənir.

Culya görə, eşidə və əşyaları yadda saxlaya bilir. Daha sonra komponentləri birləşdirərək müəyyən işi yerinə yetirir. Aloimonos deyir ki, lahiyə bütün qabiliyyətləri birləşdirir.

Yiannis Aloimonos: "Biz qabiliyyətləri necə nümayiş etdiririk? Sadəcə gördüyünüz və ya eşitdiyiniz qavrayışları istifadə edən kompyuter proqramı qururuq. Kompyuterdə olan məlumat və hərəkət qabiliyyəti müvafiq təşkil olunmuş və təsirə malik, əlləri və barmaqlari hərəkət etdirir."

Bəs nəyə görə robota tətbiq edəcəyi hazır proqramlar ola ola, videonu nəcə başa düşməyi öyrədəsən? Aloimons deyir ki, əvvəlcədən proqramlaşdırılmış robotlarda sərbəstlik çatışmır.

Yiannis Aloimonos: "Sizdə olan system müəyyən funksiyaları yerinə yetirmək üçündür. Bunu ümumiləşdirmək olmaz. Siz bunu fərqli mühitə yerləşdirə bilməzsiniz. Belə ki, burda sərbəstlik yoxdur."

Aloimonos deyir ki, araşdırmaçıların həll etmək istədikləri problemdən biri də robotun öyrəndiyi işi görərkən bunu başa düşməsi və istifadə etməsidir. Digər problem isə robota danışıq dilini başa salmaqdır.

Yiannis Aloimonos: "İnanıram ki, robotların metaforik dili başa düşmələri bir az zaman alacaq."

Ancaq o, əlavə edir ki, robotların bizə işləyəcəyi yeni dünya qurmamız üçün dil öyrətməyə ehtiyac yoxdur.

XS
SM
MD
LG