Accessibility links

Yumşaq robotların nəvazişi [Video]


Yumşaq robotlar
please wait
Embed

No media source currently available

0:00 0:02:40 0:00

Bugünkü robotların çoxu insanları xatırladır. Bəziləri qismən, digərləri isə büsbütün real insana bənzəyir. Həşaratlardan tutmuş, ilan və quşlara bənzəyən robotlar da var.

Ancaq onların çoxu möhkəm səthə malik mexanizmlərdir ki, ağır işlərdə istifadə olunur.

Yumşaq robotlar, misal üçün Paro adlanan sevimli kukladan Yaponyada qocalar evində insanlara təsəlli vermək üçün istifadə edilir. Ancaq tədqiqatçılar deyir ki, bizim bu kimi robotlara daha çox ehtiyacımız var.

Yong-Lea Park: "10 il əvvəl də insanlar robotlar düzəldirdilər. Ancaq onlar robotlarda sərt və möhkəm materiallardan istifadə edərək, güclü mexanizmlər meydana gətirirdilər."

Yong-Lea Park deyir ki, insanlar robotlarla daha çox ünsiyyət qurmağa başlayıb. Buna görə də yumşaq robot düzəltmək insanların təhlükəsizliyi üçün yaxşı olacaq.

Robotlar üzrə professor Kris Atekson deyir ki, sərt robotların üstü içi havalı seqmentlərlə örtülməklə onların forması istəyə uyğun dəyişdirilə bilər.

O, deyir ki, tədqiqatçılar Disney istehsallı Böyük Qəhrəman 6 filmində olan Baymaks robotundan ilhamlanıblar.

Kris Atekson: "Mən Böyük Qəhrəman 6 filminin uşaqlar üzərində müsbət təsiri barədə çox insandan eşitdim. Bu onlara iki cür təsir edib. Birincisi bu onları robotları sevməyə, ikincisi də onları elm işçisi və mühəndis olmağa yönəldib."

Mexanika mühəndisi üzrə professor Karmel Macidi deyir ki, geyilə bilən elektronik cihazları yumşaq robota döndərmək üçün yeni material ixtira etmək tədqiqatçıların növbəti hədəfi olmalıdır.

Karmel Majidi: "Bizim əsas hədəfimiz yetkin mikroelektronik cihazlara uyğun materialllar inkişaf etdirməkdir."

Böyük Qəhrəman 6 filmində Baymaks robotu sağlamlıq monitoru kimi xidmət göstərir.

Bu texnologiya sürətlə təkmilləşir. Tədqiqatçılar deyir ki, bu kimi texnologiyanın hamı tərəfindən sevilməsi üçün gərək insanlar ona toxunmaqdan və yanlarında gəzdirməkdən çəkinməsinlər.

XS
SM
MD
LG