Accessibility links

Elm

Robotlar gündəlik həyata daxil olur [Video]


Bu video sürətləndirilməyib və robotların vaxta qənaət etdiyi aydın görünür.

Robotlar insan əməyini qablaşdırma, çeşidləmə, avtomobil hissələrinin qurulması və daşınması kimi sahələrdə asanlıqla əvəz edir.

Robotlar həmçinin fiziki terapiyaya ehtiyacı olan pasientlərə kömək edə bilir.

Ancaq onlarında bizim gündəlik həyatımıza daxil olması zaman alır.

Yaponyanın Naqasaki şəhərinin şimalında yerləşən Henn na mehmanxanasında siz insana bənzər xidmətçi və ya ingilis dilini bilən dinozavr robot seçə bilərsiz.

Robot sizin baqajınızı çay pulu istəmədən otağınıza götürəcək və ya digəri istifadə etmədiyiniz çantaları qutulara yerləşdirəcək. Barda robot sizə kokteyl süzəcək və ya başqa cihaz sizə tez bir vaxtda gözəl yemək hazırlayacaq.

Əgər yaxınlıqdakı bu dükana getsəniz Pepper adlı robot sizə xoşgəldin deyəcək. Robot insanları əyləndirmək və ünsiyyət qurmaq üçün təkmilləşdirilib.

Siz eviniz üçün də “Pepper” robotu ala bilərsiz. Ailənizin gəncləri bununla rahat vaxt keçirə bilərlər.

Marina: "Mən bunu evimizdə istəyirəm. Əgər evimizdə bundan olsa, mən onunla danışa bilərəm."

Axşam çağı robotların oynadığı futbola tamaşa edə bilərsən.

Ancaq bu cihazların hərəkəti sizə çox yavaş və süni görünürsə, yeni nəsil robot mühəndisləri tezliklə daha yaxşı və sürətlə hərəkət edən robotların istehsalına hazırlaşırlar.

Sem: "Bura əyləncəli yerdir, siz hər növ proqram yaza, robotları və oyunları proqramlaya bilərsiz."

Nəhayət yatmağa hazırlaşanda, ayıya oxşar robot sizə layla çala və şirin yuxuya qovuşdura bilər.

XS
SM
MD
LG