Accessibility links

Robotlar işə qəbul olunur [Video]


Robotlar işə qəbul olunur
please wait

No media source currently available

0:00 0:01:50 0:00

İstehsal sənayesinə keçidlə bərabər robotlar gündəlik həyata tədricən daxil olmağa başlayıblar. Onlar hər zaman insanlara bənzəməsələr də, süni intellektə sahib cihazların xəstəxanalardan tutmuş dayanacaqlardakı işlərə qədər insanları əvəz etməsi normaya çevrilir.

Sənaye robotları çətin və təhlükəli işlərdə insanları tədricən əvəzləməyə başlayıb. Bunlara avtomobil və yə digər qurğular üçün minlərlə hissələri qaynaqlamalarını misal gətirmək olar.

Daha təcrübəli olanları isə qatarların mühərrikləri kimi böyük əşyaların daşınmasında istifadə olunur.

İndi isə avtomobili park etmək daha da asanlaşıb. Robot avtomobili heç bir zədə almadan insanın saxlamağa çəkindiyi yerdə saxlaya bilir.

Çin firması Yefunq Avtomatlaşdırma Texnologiyası bildirir ki, onların robotu Geta avtomobili təhlükəsiz iki dəqiqəyə dayanacağa yerləşdirə bilər.

Marko Vu: “Robot istənilən yerə bələdçisiz gedə bilər. Maşını saxlamaqda islahat yaradacaq.”

Vu deyir ki, manevrlərdə vaxta qənaət etməklə yanaşı, park robotları 40 faizə qədər dayanacaqda yerə qənaət edir və bu böyük şəhərlər üçün çox əhəmiyyətlidir.

İnsanabənzər digər robot isə Belçikanın Ostend şəhərindəki xəstəxanada müştəri xidmətçisi kimi işləməyə başlayıb.

1,2 metr hündürlüyündə Pepper robot Zora Bots tərəfindən qurulub. 19 dildə danışa bilir və uşaqlar hətta körpələrlə nece davranmağı bilir.

Bieke Vandeputte: “O onları qorxutmur. Bu çox əhəmiyyətlidir. Xüsusən də uşaqlar üçün.”

Pepersin işi xəstələrə xoş gəldin demək, məlumatlandırmaq və düzgün qəbul otağını göstərməkdir.

Batareyası tam dolu vəziyyətdə Pepper 20 saat işləyə bilir. O, səs tonlarını və üz ifadələrini anlayır. İstehsalçılar deyir ki, onun əsas işi insanları xəstəxanada rahat hiss etmələrini təmin etməkdir.

XS
SM
MD
LG