Accessibility links

Yaponiya universitetinin alimləri sinxron rəqs edən 100 robot hazırlayıb


Yaponiya universiteti eyni ritmdə rəqs edə bilən 100 humanoid robot hazırlayıb.

Tokio Universitetinin mütəxəssisi Tomotaka Takahaşi deyib ki, layihənin məqsədi çoxsayda humanoid robotun eyni ritmdə hərəkət etməsini müşahidə etməkdən ibarət idi. O hər bir robotun baha başa gəldiyinə görə bunun ilk belə layihə olduğunu düşünür.

Tomotaka Takahaşinin sözlərinə görə, əsas çətinlik daha ucuz qiymətə robot hazırlamaqdan ibarətdir.

Robotların hər birinin çəkisi bir kiloqram, hündürlüyü isə 35 santimetrdir. Hər robotun hazırlanması 1500 dollara başa gəlib.

XS
SM
MD
LG