Accessibility links

Mütəxəssislər hesab edir ki, növbəti 30 ildə iş yerlərinin əksəriyyətini robotlar tutacaq. Robotların iqtisadiyyatda tutacağı yerlə bağlı ABŞ səfirliyinin Newsline səhfəsində dərc etdiyi məqaləni təqdim edirik:

Bəşəriyyət bu vaxta qədər rastlaşmadığı ən böyük çətinliklə üzləşəcək.

Mütəxəssislərin fikrinə görə növbəti 30 il ərzində iş yerlərinin böyük əksəriyyətində robotlar çalışacaqlar və bununla da, insan əməyinin artıq lazım olmadığı bir dövrdə həyatın mənasını axtarıb tapmaq üçün bəşəriyyət bu “vaxta qədər rastlaşmadığı ən böyük çətinliklə” üzləşəcəkdir.

ABŞ-ın Rays Universitetinin professoru Moşe Vardi iddia edir ki, növbəti bir neçə onillikdə orta sinif işçilərinin əksəriyyətinin gördüyü işləri maşınlar görəcəklər və işçilərin indiyə qədər olmadığı qədər çox asudə vaxtları olacaqdır.

Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının Vaşinqtonda keçirilən illik toplantısında çıxış edən professor Moşe qeyd edib ki, robotların artması işsizlik səviyyəsinin 50 faizdən də çox həddə yüksəlməsinə gətirib çıxaracaqdır.

Robotların artması işsizlik səviyyəsinin 50 faizdən də çox həddə yüksəlməsinə gətirib çıxaracaq.

"Biz elə bir dövrə qədəm qoyuruq ki, burada maşınlar demək olar ki, istənilən tapşırığın həyata keçirilməsində insanlardan üstündür”, deyə hesablama mühəndisliyi üzrə professor Vardi qeyd edib.

“Robotlar getdikcə insanların adət etdiyindən daha çox işlər görürlər. Əczaçılıq, həbsxana mühafizəsi, toyuq ətinin sümükdən ayrılması və bir çox digər işlər mexaniki yolla həyata keçirilir”.

“Hesab edirəm ki, bu problem aktuallaşmaqdan öncə cəmiyyət onun həlli barədə düşünməlidir. Əgər maşınlar insanın görə biləcəyi istənilən işi görə bilirsə, bəs bu zaman insanlar nə edəcəklər?”, o sual edir.

"Mənim irəli sürdüyüm sual ondan ibarətdir ki, bizim hazırladığımız texnologiya son nəticədə bəşəriyyət üçün faydalıdırmı? ”.

Mövcud robotlar və süni intellekt texnologiyaları artıq çoxlu sayda orta-təbəqə iş yerlərini sıxışdırıb çıxarır.

Professor Vardi qeyd edib ki, mövcud robotlar və süni intellekt texnologiyaları artıq çoxlu sayda orta-təbəqə iş yerlərini sıxışdırıb çıxarır və o, iddia edir ki, süni intellekt sahəsində müşahidə olunan artımın sürəti getdikcə böyüməkdədir.

Sinqapurda yerləşən “Nanyang” Texnologiya Universiteti tərəfindən bu yaxınlarda hazırlanmış və insana ən çox bənzəyən robot dekabrda təqdim olunub və bu robot kampusun qəbul bölməsində çalışacaq. Yumşaq dərisi və hamar qara saçları olan Nadine adlı bu robot təkcə qonaqları qarşılayıb, onları salamlamır, o, eyni zamanda gülümsəyir, onlarla birbaşa əlaqə qurur və əl sıxır, o, hətta əvvəl gələn qonaqları tanıyır və əvvəlki söhbətlər əsasında onlarla yeni ünsiyyət də qura bilir.

Yumşaq dərisi və hamar qara saçları olan Nadine adlı bu robot təkcə qonaqları qarşılayıb, onları salamlamır, o, eyni zamanda gülümsəyir, onlarla birbaşa əlaqə qurur və əl sıxır, o, hətta əvvəl gələn qonaqları tanıyır və əvvəlki söhbətlər əsasında onlarla yeni ünsiyyət də qura bilir.

Bu günlərdə “Airbus” Şirkəti və Frankfurt Universitetinin Birgə Robot Texnologiyaları Laboratoriyası da aviasiya istehsalında mürəkkəb tapşırıqları həyata keçirmək üçün insana bənzər robot texnologiyaları üzərində çalışdıqlarını bəyan edib. Şirkət bildirib ki, bununla işçilər ən təhlükəli və ağır tapşırıqları həyata keçirməkdən azad olacaqlar və bu, onlara öz diqqətlərini daha dəyərli tapşırıqlara yönəltməyə imkan verəcək.

Hazırlanmaqda olan yeni robotlar nərdivanla yuxarı çıxa və sürünərək kiçik məkanlardan keçə bilir və növbəti on ildə onların işçi qüvvəsinə qoşulacağı gözlənilir. Bununla belə professor Vardi insana bənzər robotlardan ibarət olan işçi qüvvəsinin bəşəriyyət üçün faydalı olacağına inanmır.

"Bunun sadə cavabı odur ki, əgər maşınlar bizim hər bir işimizi görsələr, o zaman biz işdən kənar fəaliyyət haqqında düşünməyə başlayacağıq”, o, qeyd edib.

"Mən bunun ümidverici bir gələcək olacağını hesab etmirəm, eləcə də yalnız asudə vaxtdan ibarət olan bir həyatın da cəlbedici olduğunu hesab etmirəm. Mən hesab edirəm ki, iş insanın rifahı üçün böyük əhəmiyyət kəsb edir”.

"Bəşəriyyət çox güman ki, indiyə qədər rastlaşmadığı böyük bir çətinliklə üzləşir və aşağıdakı ifadələr bitdikdən sonra həyatın mənasını tapmaq məcburiyyətində qalacaqdır, “Alın tərinlə çörək yeyəcəksən. Ona görə ki, yerin torpağısan, torpağa da qayıdacaqsan”. [Bibliya] "Biz bu fürsətdən istifadə etməli və insan əməyi istifadədən çıxmamış bu problemin həllini tapmalıyıq”.

“İndiki dövrdə fərq ondan ibarətdir ki, kompüter alimləri bizim çalışdığımız hər bir sahədə bizi ötüb keçən maşınların işlənib hazırlanması üzərində çalışırlar. Əgər maşınlar bizim gördüyümüz işlərin hamısını görürsə və yaxud çalışdığımız iş yerlərinin hətta 50 faizini zəbt edirsə bu zaman bəs insanlar nə edəcəklər?”.

XS
SM
MD
LG