Accessibility links

Robotlar Fukişimada radiasiyanı ölçüblər


Robotlar Fukişimada radiasiyanı ölçüblər

Robotlar Fukişimada radiasiyanı ölçüblər

Yaponiyada nüvə nizamlayıcıları deyirlər ki, robotlar zədələnmiş Fukuşima nüvə stansiyasında radiasiyanın səviyyəsini ölçüblər. Rəsmilər deyirlər ki, bir və üç nömrəli stansiyalardan götürülmüş ölçülər göstərir ki, bu stansiyalarda təmir işləri aparmaq insan səhhəti üçün təhlükəlidir.

Belə bir şəraitdə fəhlələr təmir işlərini maksimum dörd saat yarım apara bilərlər. Tokyo Elektrik Şirkəti deyir ki, mütəxəssislər zavodun içərisində nə kimi iş görülə biləcəyini müəyyən edəcəklər.

Şirkət rəsmiləri yeni tapıntıların onları nüvə stansiyalarını növbəti 6-9 ay ərzində bağlamaq hədəfindən yayındırmayacağını deyirlər.

Baş nazir Naoto Kan bildirib ki, hökumət şirkətə bu məqsədə nail olmaq üçün əlindən gələn yardımı göstərəcək. ABŞ-ın təchiz etdiyi iki robot dünən nüvə stansiyalarında temperatur, radiasiya və oksigen səviyyələrini ölçüb.

XS
SM
MD
LG