Accessibility links

Elm

İnsandan cəld robotlar


Robotlar Fukişimada radiasiyanı ölçüblər

Robotlar Fukişimada radiasiyanı ölçüblər

Əl oyunlarında insandan zirək olan yapon robotu dünyanın diqqətini cəlb edib. İyunun sonundan bəri YouTube-da yayımlanan məğlubedilməz robota üç milyondan çox adam baxıb. Amerikanın Səsinin əməkdaşı Stiv Herman robotun necə çalışdığını və digər qabaqcıl yaradıcılıq işləri ilə tanış olmaq üçün Tokyo Universitetinin laborotoriyasına baş çəkib.
Bu, sadəcə uşaq oyunu deyil.
Robot heç vaxt qaya-qayçı- kağız oyununda məğlub olmur.
Çünki vizual qərarvermə qabiliyyəti ilə barmaqların birgə işləməsi insan beyninin sinxronlaşmasından daha cəlddir.
Tokyo Universitetinin mühəndislik professoru Masatoşi İşikavanın robota məğlub olduqları üçün onu hiylə işlətməkdə qınayanlara cavabı mehribandır.
Masatoşi İşikava: “Bu, hiylə deyil. Hər millisaniyə şəkili təhlil edən prosessor insan əlinin alacağı formanı qabaqcadan müəyyən edir. İnsanın bir millisaniyədə edə biləcəyindən bir millisaniyə sonra qalib gələcək formanı seçir. Yalnız bir millisaniyə! Lakin, insanlar bu fərqi tuta bilmir, çunki insan gözu zəifdir.”
Çevik qabiliyyət, təkrarlama, az qala kamil səhihlik robot elminin qayəsini təşkil edir. İşikava Oku Laborotoriyasında bu istiqamətdə inanılmaz irəliləyiş əldə olunub. Belə ki:
Robot düşən yumurtanı sındırmadan tuta bilir.



Digəri düyün vurmağı bacarır.
NBA oyunçusu səviyyəsində olmasa da, robot topu çiləyə bilir.
Beysbol və Kriket kimi oyunlarda hətta ən təcrübəli idmançılar uğurdan çox uğursuzluq nümayiş etdirirlər. Amma mükafat almış məktəb labaratoriyasında belə deyil.
Bu, səsli robot beş illik araşdırmanın və bir çox sınağların nəticəsində ərsəyə gəlib. Robotun bir barmağının maya dəyəri kompakt avtomobil qədərdir.
Masatoşi İşikava: “Hətta top yüksək sürətlə hərəkət etsə belə quraşdırılmış iki kamera topun hərəkətini izləyə bilir.”
Bu texnologiya əyləncə və oyundan daha üstün yerlərdə də istifadə olunur. Korporasiyalar laborotoriya texnologiyasından sənayedə və digər praktik sahələrdə faydalanmağa can atır. Habelə bu texnologiyadan istifadə edərək əlillərə xidmət və insan qabiliyyətinin imkanlarını artırmaq barədə fikirlər dolaşır.
Masatoşi İşikava: “İlk növbədə yüksək sürətli, ağıllı robot yaratmaq istəyirəm. Biz sürətin stabilliyini və təhlükəsizliyinə əmin olduqdan sonra bunu insan bədəninə tətbiq edəcəyik.”
Bu arada, professor İşikava və onun əməkdaşları öz robotlarını daha sürətli, daha praktik, daha dəqiq və ardıcıl olaraq insanlardan daha çevik etmək istiqamətində çalışırlar.
XS
SM
MD
LG