Accessibility links

Çin robotların bir nömrəli istehlakçısına çevirib [Video]


Çin dünyanın zavodu kimi tanınsa da artan əmək xərcləri bu ölkədə istehsalın avtomatlaşmasna yol açıb və bununla da ölkəni robotların bir nömrəli istehlakçısına çevirib.

Futbol oynayan və ya rəqs edən robotlara əyləncə kimi baxılsa da, Şanxayda yerləşən beynəlxalq şirkətlər texnologoyanın təkcə oyunlar üçün istifadə edilmədiyini deyirlər. Adətən zavodlarda robotlar ağır işləri görür. Lakin bu texnologiyadan istifadə edənlər xərcləri aşağı saxlamağa çalışırlar.

Şunrin Mitzutani Yaponiyanın Yaskava robot texnologiyası şirkətinin baş direktorudur. O, bəzi robotlardan iPhone və Smartfonların istehsalında istifadə edildiyini deyir.

“Yüz minlərlə insanın gördüyü işi hazırda robotlar görür. Son 20 il ərzində Çinin robot sənayesinin inkişafı uzun və çətin yol keçib və bu sənaye daha sürətlə inkişaf edir."

Yaskava Şanxayda yerləşən robot sənayesi zavodlarından biridir. Cənab Mizutani onun şirkətinin Çində işinə 1996-cı ildən başladığını və ildə onlarla robot satdığını, hazırda isə bu rəqəmin minlərə yüksəldiyini deyir.

Keçən il Çinə 20 min robot satılıb ki, Beynəlxalq Robot Federasiyası bununla ölkənin dünyada ən çox robot alan ölkə olduğunu deyir.

Vanq Silianq Pekindəki Elm və Texnologiya universitetində işləyir. “2013-cü ildə Çinin robot sənayesi bazarında nəhəng genişlənmə baş verib. Məsələn Şenyanq Avtomasiya İnstitutu hazırda yalnız Çindəki robotikaya diqqət yetirir. Artıq 2015-ci ilədək sifarişlər verilib. Niyə? Çünki əmək xərcləri sürətlə artır."

Çində ən iri özəl işlə təminatçılarından olan Foxconn şirkəti gələn ilədək bir miyon robot əldə etməyi qarşıya məqsəd qoyub. Mitzutani bu tendensiyanın hətta zavod hüdudlarından kənarlarda da artdığını deyir. “Hazırda bizim bəzi robotlar xəstəxanalarda da fəaliyyət göstərir. Onlar tibb bacısının gördüyü bəzi işləri yerinə yetirə bilir. Onlar zavod robotları deyil, onlar xidmət robotlarıdır.”

Pekinin Elm və Texnika Universitetində işləyən Vanq Çində artan yaşlı insanlara xidmət etmək üçün robotlar hazırlayır. Bu robotlar insanların vaxtında dərmanlarını qəbul etmələri və çox uzağa getməmələri, eləcə də onlara vaxtında yatmaları barədə xəbərdarlıq edir. Lakin Vanq hələ də problemlərin olduğunu bildirir. “Məsələn, qocalara su lazım olanda onların stəkanlarına su tökmək lazım gəlir. Buna görə də elə robotlar lazımdır ki, onlar stəkanları götürmək üçün bir yerdən başqa yerə hərəkət edə bilsinlər. İntellektual texnologiya isə hələlik işin isə ən çətin tərəfidir.”

Bu robotlar iPhone və avtomobil çərçivələrini qaynaqlamağı bacarsalar da, su gətirmək kimi sadə tapşırıqlar hələ ki, yeni hədəf olaraq qalmaqdadır.
XS
SM
MD
LG