Accessibility links

Rock 'n' Roll-un ilk bəstəkarları [Video]


Rock 'n' Roll janrı yaranandan bəri bəstəkarlar Cerri Liber və Mayk Stoller birgə çalışıb. Elvis Preslinin məşhur “Hound Dog” və “Kansas City” kimi bluz mahnılara da onlar müəlliflik ediblər. Liber 2011-ci ildə dünyasını dəyişib, amma Mayk Stoller hələ də Los Ancelesdə musiqi bəstələyir.

Elvis Preslinin audio yazıya aldığı "Jailhouse Rock" – “Məhbəs Roku” Cerri Liber və Mayk Stollerin birgə bəstələdiyi 20 mahnıdan biridir. Liber və Stollerin bəstələdiyi "Hound Dog" mahnısı da böyük hit qazanmışdı.

Liber və Stoller “Rock and Roll” inqilabının özəyini təşkil edirdilər. Mayk Stoller deyir ki, onlar musiqi bəstələyəndə Cerri Liberin cəmi 17 yaşı var idi. Onbların daha bir hit gətirən “Stand By Me” mahnısını müğənni Ben E.Kinq ifa etmişdi.
Mike Stoller: “Benni musiqini əsasən özü bəstələyir və oxumağa başlayırdı. Mən dərhal pianonun arxasına keçir və akkordları tapırdım. Sonra isə bas ritmlərimi əlavə edirdim.”

Kinq "Stand By Me" mahnısını ötən il "Take 6" qrupu ilə birlikdə ifa etdi. Bu mahnı Liber-Stollerin hal-hazırda Amerika standartlarına uyğun gələn onlarla mahnısından biridir. The Clovers, The Coasters kimi bir çox qrup yeni "Love Potion No. 9” mahnısını ifa edir. Yüzdən çox musiqiçi Liber və Stollerin hit mahnısını səsləndirib.

Cerri Liber dünyasını dəyişib, Lakin 80 yaşlı Mayk Stoller hələ də yeni musiqilər bəstələyir, köhnələrindən isə ilham alır.
XS
SM
MD
LG