Accessibility links

Amerikada yeniyetmələrin Rodeo yarışları [Video]


Amerikada yeniyetmələrin Rodeo yarışları
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Amerikanın Hyuston şəhərində dünyada ən məşhur tədbirlərdən biri olan Rodeo, yəni öküz yarışlarının keçirilməsi vaxtıdır. Rodeo zamanı şəhər uşaqlarının heyvanları yaxından görmək, fermada və ya kənddə yaşayan yeniyetmələrin isə özləri böyütdükləri heyvanları nümayiş etdirmək imkanı olur.

Rodeonun əsas məqsədi iri buynuzlu heyvanları və professional rəqibləri bir araya gətirməkdir. Lakin Rodeonun ən populyar yarışlarından biri yeniyetmələrin dananı tutub, təyin olunan yerə çatdırmasıdır.

Hər il burada 20 Rodeo tamaşası keçirili ki, bu tamaşalarda 30 yeniyetmə iştirak edir. Onlar bunu təkcə əyləncə üçün deyil, həm də 2000 dollar mükafat qazanmaq üçün edirlər. Onlar bu pula gələn il tamaşada iştirak etmək üçün körpə buzov alıb yetişdirirlər.

Texas ştatının Fort-Vort yaxınlığındakı kiçik fermada yaşayan 17 yaşlı Hanna Lisenbi də bu yarışları sevir. “Bizim iri buynuzlu mal-qara almağa o qədər pulumuz yoxdur və mən burada iştirak edib, qazanmaqla buzov ala biləcəyimi düşündüm.”

Bu yarışlarda iştirak edən uşaqların çoxu heyvandarlıq fermaları və adi fermalardan gəlir. Lakin Rodeo yarışlarının iştirakçısı Mayk Deizi burada şəhər uşaqlarının da yarışa qatıldığını deyir. “Şəhərdənkənar məktəblərin çoxunun öz ferması var və uşaqların orada körpə mal-qara yetişdirmək imkanı olur. Bundan son r aonlar həmin heyvanları Rodeoya gətirə bilir.”

Keçənilki yarışda mükafat alan 15 yaşlı Aleksa Vazgez Hyuston yaxınlığında yaşayır. “Artıq mən də buzov yetişdirə bilərəm, əvvəllər mən bunu etməmişdim. Çox sevinirəm.”

O artıq təcrübəsi olduğunu deyir. “Bu məni daha da ruhlandırdı və mən daha çox işləmək istəyirəm. Bəlkə də mən nə vaxtsa baytar həkimi oldum.”

Heyvandalır fermasında boyüyən 17 yaşlı Brayson Bassincer həyatı yalnız kənddə təsəvvür edir. “Mən başqa sənət seçə bilmərəm. Mən şəhərdə də yaşaya bilmərəm. Mən ətrafımda heyvanları görmək istəyirəm.”

Yarışlar vasitəsilə hər il keçirlən Hyuston Rodeosu gələcəyin fermerləri və rançerlərinin hazırlanmasına kömək edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG