Accessibility links

Beynəlxalq fəza stansiyasına yük daşinması özəl şirkət tərəfindən həyata keçiriləcək


İlk uçuş apreiln 21-də müvəffəqiyyətlə həyata keçirilib

Beynəlxalq Fəza Stansiyasına təçhizat daşınması üçün ABŞ-ın fəza agentliyi NASA ilə müqavilə bağlayan podratçı şirkət Antares raketinin ilk sınaq uçuşunu müvəffəqiyyətlə həyata keçirib.

Orbita Elimləri Korporasiyası bildirib ki, prototip yük daşıyan iki hissədən ibarət raket Vaşinqtondan təxminən 150 kilometr aralı Atlantik okeanı sahilində ərazidən fəzaya göndərilib.

ABŞ-ın özəl şirkəti Antares raketlərindən istifadə edərək, Siqnus kapsulu adlanan cihaz vasitəsilə Beynəlxalq Fəza Stansiyasına yük daşıyacağını bildirib.

NASA rəsmiləri özəl şirkətin fəza stansiyasına yük daşınmasının öhdəsindən gələcəyinə inandıqlarını və beləliklə də agentilyin Mars və günəş sistemində daha dərin araşdırmalara daha çox vaxt ayıra biləcəiyini deyib.

NASA həmçinin “Space Launch System” adlanan ən böyük raketin və astronavtları fəza stansyasından 15 dəfə uzağa apara biləcək Orion kapsulu adlanan gəminin istehsalı üzərində işlədiklərini bildirib.
XS
SM
MD
LG