Accessibility links

5 milyon dollara satılan Rolex saatının saxta olduğu sübut olunub


Müğənni Con Mayerə 5 milyon dollara saxta Rolex qol saatı satan Çarli Şin saatin orijinal olduğunu düşündüyünü deyib. Yəqin ki, indi Çarli saatı aldığı köhnə dostunu sorğu-sual edir.

TMZ bildirir ki, müğənni saatı kolleksioner Robert Marondan onun orijinal olduğuna inandığına görə aldığını deyib.

2010-cu ildə Con saatı təmir etdirmək üçün istehsalçı şirkətə göndərdikdə, şirkət saatın tamamilə saxta olduğunu ona bildirib.

Məhkəmədə Mayer Maronun ona Rolexlərin orijinal olduqlarını deyib və konkret bu hadisəni “təsadüfi” adlandırıb.

Mayer Maronun saatı geri götürərək onun pulunu qaytardığını deyib. Amma 2011-ci ildə Rolex Cona qol saatlarında azı yeddisiniin saxta olduğunu bildirib ki, indi o, onların pulunu geri istəyir. Bütün bunların ümumi dəyəri isə 656 min dollar edir.

Çarliyə gəldikdə, o da saat kolleksioneridir və Maronla yaxın münasibətlərinə görə ondan hətta menecer kimi istifadə edib.
XS
SM
MD
LG