Accessibility links

ABŞ generalı prezident Obama haqda tənqidi qeydlərinə görə Vaşinqtona çağırılıb


Amerikanın məhşur Roling Stone jurnalının sonuncu nömrəsində dərc olunmuş məqalədə generalın köməkçiləri deyiblər ki, o, cənab Obama ilə Oval ofisdə ilk görüşünün sadəcə10 dəqiqəlik şəkil çəkdirmə imkanından ibarət olduğunu bildirib

Əfqanıstanda ABŞ hərbi qüvvələrinin baş komandanı, prezident Obama və administrasiyanın başqa üzvləri haqda özünün və onun heyətinin verdiyi tənqidi şərhlərə görə Vaşinqtona çağırılıb. Amerikanın məhşur Roling Stone jurnalının sonuncu nömrəsində dərc olunmuş məqalədə generalın köməkçiləri deyiblər ki, o, cənab Obama ilə Oval ofisdə ilk görüşünün sadəcə10 dəqiqəlik şəkil çəkdirmə imkanından ibarət olduğunu bildirib. Çərşənbə axşamı çıxan bəyanatda ABŞ Müdafiə Naziri Robert Geyts generalın böyuk səhf etdiyini və yalnış fikirdə olduguna inandığını bildirib. Geyts deyib ki, Makristal ondan və məqalədə adı çəkilən başqa şəxslərdən üzr isdəyib. Müdafiə naziri deyib ki, o generalı məsələni təklikdə müzakirə etmək üçün Vaşinqtona çağırıb.

XS
SM
MD
LG