Accessibility links

Roma Papasının 6 günlük ABŞ səfəri başa çatır. Fransis səfərinin son gününü Filadelfiya həbsxanasında təşkil edilən dua mərasimində keçirib.

Roma Papası Roman Katolik Kilsəsini yoxsullar, mühacirlər və məhbuslar kimi unudulmuş insanlara daha artıq diqqət göstərilməsinə çağırıb.

Məhbuslar taxt kimi papaya özləri düzəltdiyi stulu təqdim edib. 100-dən artıq qadın və kişi məhbus

Mərasim dünən gecə Ailə Festivalının keçirildiyi Bancamin Franklin Parkında minlərlə insanın iştirakı ilə təşkil edilib.

Filadelfiyada Papa Fransis Müqəddəs Piter və Polim Basilika Kafedralında kütlə qarşısına çıxış edib.

Roma Papası Fransis Nyu-Yorkda BMT-nin baş qərargahında çıxış edib. O, dünya liderlərini iqlim dəyişikliyinə, yoxsulluğa qarşı mübarizəyə və münaqişə zonalarından qaçan miqrantlara kömək etməyə çağırıb.

Papanın ABŞ səfərinə prezident Barak Obama ilə danışıqlar, Birləşmiş Ştatlar Konqresinə müraciət və Nyu-York şəhərinin Madison Meydan Bağı idman areanasında insanlar qarşısında çıxış kimi mühüm hadisələr daxil olub.

XS
SM
MD
LG