Accessibility links

Romada BMT-nin Liviya hökumətinin birliyini nəzərdə tutan planına əsasən müzakirələr başa çatdırılıb. Çərşənbə günü sənədin imzalanması planlaşdırılır.

Müzakirələrə İtaliyanın xarici işlər naziri Paolo Gentiloni və ABŞ dövlət katibi Con Kerri rəhbərlik edir.

Hər iki rəsmi 17 ölkə, BMT, Avropa İttifaqı və Ərəb Liqası nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirib.

Liviya hökuməti BMT-nin uzunmüddətli sabitsizlikdən sonra ölkənin dirçəlişini nəzərdə tutan planını Mərakeşdə qəbul edəcəyi gözlənilir.

Dünya qüdrətləri Liviyada BMT-nin təklif etdiyi plana əsasən birgə hökumətin yaradılması üçün iki rəqib fraksiyaların nümayəndələri ilə görüşü başa vurub.

17 ölkə nümayəndəsi və dörd dünya təşkilatı bazar günü Romada Liviya rəsmiləri ilə görüş keçirib. Görüşə ABŞ dövlət katibi Con Kerri və onun italiyalı həmkarı Paolo Gentiloni rəhbərlik edib.

XS
SM
MD
LG