Accessibility links

Roma papası XVI Benedikt vəzifəsindən istefa verir. Son 600 ildə birinci dəfədir ki, papa tutduğu ali dini vəzifədən istefa verir.

Papa Benedikt bəyanatında bildirib ki, o, qərar barədə dəfələrlə düşünüb. O, son aylar özünü zəif hiss etdiyi üçün bu qərara gəldiyini bildirib.

Roma papası fevralın 28-də istefa verəcək. Bundan sonra kardinallar birliyi yeni papa seçməlidir. XVI Benedikt 1926-cl ilin aprel ayının 16-da Almaniyada dünyaya gəlib.

1951-ci ildə keşiş, 1977-ci ildə kardinal titulu qazanan Benedikt 2005-ci ildə Roma papası vəzifəsinə yüksəlib.
XS
SM
MD
LG