Accessibility links

Roma Papası ilk bazar moizəsini oxuyub


Roma Papası Fransis bu gün 150 min insan qarşısında ilk bazar moizəsini oxuyub. Papalığının 4-cü gününü Fransis çıxışına italyanca başlayıb. Vatikanın Müqəddəs Peter meydanına toplaşanlar Roma Papasının yumor hissindən heyran qalıb.

Daha əvvəl o, Vatikanın yüzlərlə işçisi ilə qısa, lakin olduqca səmimi görüş keçirib. Müqəddəs Anna Kilsəsindəki dua mərasimindən sonra Roma Papası insanları əlini çıxıb, uşaqların üzündən öpüb.

Sələfi XVI Benediktin təsis etdiyi @Pontifex Twitter səhifəsində Roma Papası yazır:”Dostlar, mənim üçün dua edin! Roma Papası Fransis.”

76 yaşlı argentinalı keşiş ötən Kardinallar Kollegiyası tərəfindən çərşənbə günü Vatikana rəhbər seçilib.
XS
SM
MD
LG