Accessibility links

Roma Papası Fransis İtaliyada ən güclü mafia qruplarının yerləşdiyi Kalabriya regionuna səfər edərək, mütəşəkkil cinayətkar qruplar tərəfindən uşaqlara qarşı zorakılıqları dayandırmağa çağırıb.

Regiona bir gün sürən səfəri zamanı Roma Papası yanvar ayında güllə ilə vurulub öldürülmüş üç yaşlı oğlanın qohumları ilə görüşüb. Nikola Kompolonqo adlı oğlan babası və onu müşayitə edən qadınla birlikdə öldürülmüşdür.

Roma Papası Fransis oğlanın məhbəsdə olan atası ilə görüşmək üçün Kastrovillari şəhərindəki həbsxanaya gedib. Oğlanın hər iki valideyni qətl hadisəsi baş verən zaman narkotik maddələr alveri ilə bağlı həbsdə olub. Onun anasının hazırda ev dustağı olduğu deyilir.

Kalabriya narkotik maddələrin qeyri-qanuni qlobal dövriyyəsi ilə məşğul olan “Ndrangeta” adlı sindikatın bazası hesab edilir.

Roma Papası həbsxanada olan 200 məhbusla görüşüb. Məhbusların çoxunun narkotik maddələr alveri ilə bağlı həbsdə olduğu bildirilir.

Roma Papasının mütəşəkkil cinayətkar qruplara qarşı kampaniyası onun mafianın hədəfi ola biləcəyi ilə bağlı xəbərdarlıqların verilməsinə gətirib çıxarıb.
XS
SM
MD
LG