Accessibility links

Roma papası Fransis Balkanlarda dünya ictimiayyətini baş vermiş daşqınlar nəticəsində həlak olanlar üçün dua etməyə səsləyib.

Son məlumatlara görə Bosniya-Herseqovina, Xorvatiya və Serbiyada daşqınlar nəticəsində 37 nəfər həyatını itirib və 10000-lə insan evsiz qalıb. Regionun böyük hissəsində elektrik xətləri kəsilib.

Daşqınlar 2,000 yer sürüşməsinə və 1990-cı ilin əvvəllərində baş vermiş Balkan müharibəsindən qalmış minaların üstünün açılmasına səbəb olub.

Avropa Şurasına və Rusiya karqo təyyarələri və vertolyotları fəlakət qurbanlarına yardım göstərirlər.

Xilasedicilər insanları evlərinin eyvanlarına və ya damına çıxıb özlərini göstərməyə çağırıb.

Ekspertlər bir neçə gün ərzində Balkanlara dörd aylıq yağışın yağdığını deyir.
XS
SM
MD
LG