Accessibility links

Roma Papası Fransis Müqəddəs Pyotr kilsəsində Pasxa münasibətilə mərasim zamanı Ukraynada və Suriyada sülh üçün dua edib.

Roma katolik kilsəsinin başçısı olan Papa Fransis Ukraynada zorakılıqların qarşısının alınması məqsədilə münaqişəyə cəlb olunmuş bütün tərəflər üçün dua edib.

Roma Papası öz dualarında Suriyada uzunmüddətli və davamlı sülhə nail olunmasını arzulayıb.

Pontif həmçinin Nigeriyada terror aktları, İraqda zorakılıqlara son qoyulması, eləcə də Yaxın Şərqdə israillilər və fələstinlilər arasında sülhə nail olunması üçün dua edib.

Hər il minlərlə insan xristianların qeyd etdiyi ən mühüm günlərindən biri olan Pasxa münasibətilə mərasimi izləmək üçün Müqəddəs Pyotr meydanına toplaşır.
XS
SM
MD
LG