Accessibility links

Roma papası xristianlara qarşı hücumları pisləyir


Roma papası xristianlara qarşı hücumları pisləyir

Roma papası xristianlara qarşı hücumları pisləyir

Roma papası XVI Benedikt xristianları dini tolerantsızlıq və zorakılıqların qarşısında güclü olmağa çağırıb. Roma katolik kilsəsinin lideri Müqəddəs Piter kilsəsi önündə etdiyi ənənəvi yeni il moizəsində Yaxın Şərqdə xristianlara qarşı baş verən hücumları pisləyib. O, xristianları ruhdan düşməməyə və mətin olmağa səsləyib. Papanın bu çağırışı Misirdə onlarla xristianın ölümü ilə nəticələnən terror hücumunun ardına təsadüf edir. Vatikan narahatdır ki, Yaxın Şərqdə xristianlara qarşı vüsət almış hücumlar onların bu regionu kütləvi şəkildə tərk etməsi ilə nəticələnə bilər.

XS
SM
MD
LG