Accessibility links

Roma Papası Azərbaycana və Gürcüstana sülh mesajı ilə gedir


"Washington Post" qəzetinin Papanın səfəri haqda yazısı belə adlanır

Roma Papası Fransisin Qafqaz turu yayda Ermənistandan başlayıb. Sentyabrın 30-da isə o, pravoslav-xristianların qalası olan Gürcüstan və əhalisinin əksəriyyətinin şiə-müsəlman olduğu Azərbaycana 3 günlük səfərə çıxıb. "Washington Post" qəzetinin məqaləsində yazılıb ki, katolik və pravoslav kilsələri, eləcə də xristian-müsəlman münasibətlərinin Papa Fransisin görüşlərində əsas yer tutacağı gözlənilir. Papanın bu səfərində də görüşlərin arxasında geosiyasi məsələlərin də gündəmə gələcəyi istisna edilmir.

Məqalədə deyilir ki, Rusiyanı, ya da bu il Kubada tarixi görüşdən sonra Rusiya Pravoslav kilsəsininarazı salmaq istəməyən Roma Papasının sülh və barışığa dair ümumi çağırışlardan uzağa getməyəcəyini gözləmək olar.
Gürcüstanın Vatikandakı səfiri Tamara Grdzelidze Gürcüstanın Cənubi Osetiya və Abxaziya regionlarının Rusiya tərəfindən işğalına işarə edərək, Papanın "işğal" sözünü işlədəcəyinə inanmadığını bildirib. "Amma Ermənistanda o, "soyqırımı" haqda danışmışdı"-deyə Tamara Grdzelidze bildirib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Roma Papası Fransisklə görüşüb
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Roma Papası Fransisklə görüşüb



"Washington Post"yazır ki, Papa Francis Ermənistanda başlayan və Azərbaycanda başa çatacaq səfərlə iki qonşu ölkə arasında simvolik körpü yarada biləcəyinə ümid edir.
Vatikanın məlumatına görə, Roma Papası Bakıda cəmi 10 saat qalacaq. Onun dövlət rəsmiləri, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə və milli azlıqların nümayəndələriylə görüşü, Şəhidlər Xiyabanını ziyarət edəcəyi gözlənir. O, Bakıdakı katolik kilsəsində Azərbaycan əhalisinin bir faizini təşkil edən katoliklərin dini mərasimində də iştirak edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG