Roma Papası Fransisk bu il oktyabrın 2-də Bakıda səfərdə olacaq. Bu barədə Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete bildirib.
Onun sözlərinə görə, Vatikanın Cənubi Qafqaz üzrə elçisi, nunsi Marek Solçinskinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-dən 17-dək Bakıda səfərdə olub.
Vladimir Feketenin sözlərinə görə, Vatikan nümayəndə heyəti Bakıda Roma Papasının Azərbaycana planlaşdırılan səfərin proqramını və gündəliyini müzakirə edib.
"Səfər çərçivəsində nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadə ilə və digər şəxslərlə görüşüb. Görüşlərdə Roma Papasının Azərbaycana səfəri ilə bağlı məsələlər müzakirə edilib", o qeyd edib.