Accessibility links


Braziliyaya səfərə başlayan Roma Papası Fransis dünyada yaşlıların təcrid edildiyi bir vaxt işsiz gənclərdən ibarət itirilmiş bir nəslin yarandığı ilə bağlı xəbərdarlıq edib.

Pontif bu il mart ayında Roma katolik kilsəsinin 266-cı başçısı seçildikdən xaricə ilk səfərinə çıxır. 76 yaşlı argentinalı Fransis Latın Amerikasından seçilmiş ilk Roma Papasıdır. Onun dünyada ən çox katolik xristianın yaşadığı Braziliyaya səfəri ölkədə son həftələr hökumət əleyhinə etirazlar dalğasından sonra baş verir.

Təyyarədə müxbirlərlə danışan Roma Papası dünyada gənclər arasında işsizliyin artmasından narahatlığını bildirərək, işsizlər nəslinin yarana biləcəyi riskini qeyd edib. O həmçinin onun ifadəsilə, “yaşlıların təcrid edilməsi mədəniyyəti”ni tənqid edərək, onların hər bir işdə yenilik axtaran mədəniyyətlər tərəfindən kənarlaşdırılmamalı olduğunu deyib.

Roma Papası Frensisin Rio de Janeyroda bir milyondan çox gənc katolik tərəfindən qarşılanacağı gözlənilir. Roma Papası cümə axşamı günü Dünya Gənclər günü münasibətilə yerli və milli liderlərlə görüşəcək və bir sıra tədbirlərə qatılacaq.
XS
SM
MD
LG