Accessibility links

Obama Papa Fransisə: Səfərinizə yüksək maraq təkcə Papa olmağınızla deyil, unikal insani keyfiyyətlərinizlə bağlıdır


Prezident Obama Roma Papasını Ağ Evdə qəbul edib
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Prezident Obama Amerika Birləşmiş Ştatlarında tarixi səfərdə olan Roma Papasını Ağ Evdə qəbul edib. Paytaxt Vaşinqtonda on minlərlə Roma Papasını qarşılamaq üçün küçələrə çıxıb.

Roma Papası Vaşinqtonda Vatikanın səfirliyi qarşısında onu gözləyən insanları salamladıqdan sonra yüksək səviyyəli rəsmilər və qonaqların toplaşdığı Ağ Evə yollanıb. Prezident Barak Obama və birinci xanım Mişel Obama Ağ Evdə pontifi rəsmi qəbul edib.

Prezident Obama çıxışında qeyd edib ki, Roma Papasının ABŞ-a səfəri ilə bağlı həyəcan təkcə onun Papa olması ilə deyil, həm də onun unikal insani keyfiyyətləri ilə izah edilir.

Prezident Barak Obama: “Siz bizə xatırladırsınız ki, Allahın nəzərində bizim ayrı-ayrı şəxslər və cəmiyyət kimi dəyərimiz sərvət və güc, vəzifə və şöhrətlə deyil, bizim Müqəddəs kitabın yoxsul və imkansızlara kömək çağırışına əməl etməyimizlə ölçülür.”

Roma Papasının cavabı prezidentin sözləri ilə səsləşirdi.

Roma Papası Fransis: “Amerika katolikləri tolerant və inklüziv, ayrı-ayrı şəxslərin və icmaların hüquqlarının müdafiə edildiyi, ədalətsizliyin və ayrı-seçkiliyin bütün formalarından imtina edən bir cəmiyyət qurulması işinə sadiqdir.”

İqlim dəyişikliyi məsələsinə toxunan Papa Fransis prezident Obamanın havaya çirkli tullantıların atılmasının qarşısının alınması səylərinə yüksək qiymət verib.

Roma Papası Fransis: “Mənə tam aydındır ki, iqlim dəyişikliyi problemi gələcək nəsillər üçün saxlanmamalıdır.”

Papa Fransis və prezident Obama prezidentin ofisində təkbətək danışıqlar aparıb. Administrasiya rəsmiləri onların hər ikisinin bölüşdüyü dəyərlərə aid məsələləri müzakirə etdiyini bildirib.

XS
SM
MD
LG