Accessibility links

Roma Papası Fransis Yunanıstanın Lesbos adasına qısa səfərdən sonra Suriyadan 12 qaçqını özü ilə Romaya gətirib.

Rəsmi Vatikan şənbə günü altı uşaq daxil olmaqla üç müsəlman ailənin Vatikanda yerləşdiriləcəyini təsdiq edib. Bəyanatda Papa Fransisin qaçqınlara xoş gəldiklərini nümayiş etdirmək istədiyi bidirilir.

Lesbos adasını tərk etməzdən əvvəl Papa Fransisin patriarx Bartolomeo və Afinanın arxiyepiskopu İkinci Leronimos ilə birlikdə imzaladıqları bəyanatda beynəlxalq ictimaiyyət miqrantların təhlükəsizliyini prioritet etməyə və ehtyacı olanlara müvəqqəti sığınacaq verməyə çağırılır.

Üç dini xadim Lesbos adasında Mitilene limanında yüzlərlə insanın qarşısında Avropaya yolda həyatlarını itirən itirənlərin xatirəsini bir dəqiqəli sükutla anıb və dənizə əklillər atıb.

Moria düşərgəsi

Səfərinin əvvəli Roma Papası Fransis Lesbos adasında Moria qaçqın düşərgəsini ziyayət edib.

Egey dənizindəki bu məftil hasarlı düşərgədəki bəzi qaçqınlar və o cümlədən uşaqlar Roma Papasını göz yaşları içində qarşılayıb. Onlar Avropa İttifaqının 2015-ci ildə münaqişə səbəbi ilə qaçan milyonlarla insanın Avropaya yolunun qarşısının alınması qərarından sonra kömk istəyib

Roma Papası Fransis qaçqın uşaqların çəkdiyi rəsmləri qəbul edib. Rəsmlərdən birini onu müşayitə edən nümayəndə heyətinin üzvlərinə göstərən Roma Papası deyib ki, "Rəsmi bükməyin. Mən onu masamın üzərində görmək istəyirəm."

Avropa İttifaqı və Türkiyə arasında razılaşma

Avropa İttifaqı və Türkiyə Avropanın İkinci Dünya müharibəsindən sonra qarşılaşdığı ən ciddi miqranat böhranına son qoymaq məqsədilə mübahisələrə səbəb olmuş razılaşma əldə edib.

İnsan haqları qruları bildirir ki, böhranın aradan qaldırılması məqsədilə əldə edilən razılaşmada miqrantların insan kimi ləyaqətini nəzərə alınmır, bunun əvəzinə onlara alınıb satıla bilən ticarət mexanizmi kimi baxılır.

Vatikan bildirib ki, Roma Papası Fransisin səfərinin məqsədi planı tənqid etmək deyil, humanitar xarakter daşıyır.

XS
SM
MD
LG