Accessibility links

Yeni seçilmiş Roma Papası kardinalları pessimizmə qapılmamağa çağırıb


POPE/

POPE/


Yeni seçilmiş Roma Papası kardinalları pessimizmə qapılmamağa çağırıb

Roma Papası Fransis onu katolik kilsəsinin rəhbəri seçən Kardinallar Şurasının üzvlərinə pessimizmə qapılmamağa çağırıb.

76 yaşlı pontif onu salamlamağa gəlmiş qocaman kardinallara deyib ki, yaş gənc nəslə ötürülməli olan müdrikliyin əsasıdır.

Rəsmi olaraq Roma Papası kimi vəzifədə çərşənbə axşamı günü təsdiq edilən Fransis şənbə günü jurnalistlərlə görüşəcək. Bazar günü isə Papa Frensis Müqəddəs Pyotr meydanına toplaşan insanlar üçün Roma Papasının mənzilininin pəncərəsindən dua oxuyacaq.

Papa Frensis dünyada 1,2 milyard katolikin dini rəhbəri kimi vəzifəsinin icrasına rəsmən cümə axşamı günü başlayıb. Bu münasibətlə Vatikanda dualarala müşayiət olunan təntənəli mərasim keçirilib.

Roma Papası Birinci Frensis papalığa sadə üslub gətirərək, təmtəraqdan uzaq olmağa çalışır. Cümə axşamı günü o, Müqəddəs Məryəm bazilikasına getmək üçün Vatikanda adi avtombildən istifadə edib. Bundan sonra o, Vatikanda qaldığı mehmanxanadan əşyalarını götürüb və mehmanxana haqqını özü ödəyib.

Roma Papası Fransisin rəsmi inaqurasiyası mərasiminə dünya ölkələrinin yüksək səviyyəli nümayəndə heyətləri dəvət edilib. ABŞ nümayəndə heyətinə özü də katolik olan vitse-prezident Co Bayden rəhbərlik edəcək.
XS
SM
MD
LG