Accessibility links

Roma Papasının Braziliyaya səfəri başa çatır



Roma Papası Braziliyaya səfərinin son günü məşhur Kopakabana çimərliyində messa ilə çıxış edib.

Dünya katolik gənclər festivalının sona çatması münasibətilə okean sahilində dua mərasiminə üç milyondan çox insanın toplaşdığı bildirilir.

Əslən argentinalı Roma Papası katolik dininin mesajının yaymağa davam etdirilməsinə çağırıb.

İncilin oxunuşu və sonradan konsertdən ibarət mərasimdə bayram əhval-ruhiyyəsi ilə müşayiət olub. İnsanlar Roma Papasına rəğbət göstəribnlər.

Mərasimdə Braziliya prezidenti Dilma Russeff, Argentina prezidenti Kristina Kirçner və Boliviya prezidenti Evo Morales iştirak ediblər.

Papa Fransis bazar günü Latın Amerikası ölkələrinin yepiskopları ilə görüşdən sonra Romaya qayıtmalıdır.
XS
SM
MD
LG