Accessibility links

Roma Papası üçüncü dünya müharibəsi təhlükəsi ilə bağlı xəbərdarlıq edib


Roma Papası Fransis dünyada baş verən çox sayda münaqişənin üçüncü dünya müharibəsi kimi qəbul edilə biləcəyini deyib.

İtaliyada Birinci Dünya müharibəsində həlak olmuş 100 min əsgərin xatirəsinə həsr olunmuş anım mərasimində danışan Roma Papası üçüncü dünya müharibəsini cinayətlər, qətliamlar və dağıntılara qarşı mübarizə kimi təsvir edib.

Papa Fransis son aylar Ukrayna, İraq, Suriya, Qəzza və Afrikanın bir sıra yerlərində münaqişələrə son qoymaq üçün dəfələrlə müraciətlə çıxış edib.

Roma Papası Birinci Dünya müharibəndə həlak olanların xatirə memorialında xüsusi dua mərasimində “bəşəriyyət göz yaşları tökməlidir və göz yaşı tökməyin vaxtı gəlib” deyib.

Papa Fransis müharibəni “divanəlik” adlandırıb.

XS
SM
MD
LG