Accessibility links

Roma Papası İstanbulda Sultan Əhməd məscidini ziyarət edib


Roma Papası Fransis Türkiyəyə səfərinin ikinci günü İstanbul müftisi Rəhmi Yaranla Sultan Əhməd məscidini ziyarət edib.

Bundan sonra Papa Fransis hazırda muzeyə çevrilmiş Bizans imperiyası dövrünün ən möhtəşəm kilsələrindən biri, 1553-cü ildən sonra isə məscid olmuş Aya Sofya məbədini də ziyarət edib.

Roma Papası İstanbulda olduğu müddətdə dünyada təxminən 300 milyon pravoslav xristianın patriarxı olan Bartolemeo ilə görüşüb.

Papa Fransis Türkiyəni ziyarət edən dördüncü pontifdir. Katolik kilsəsinin başçısı səfərini Türkiyənin Suriyada münaqişə nəticəsində ölkəyə pənah gətirmiş 1,6 milyon qaçqın problemini həll etməyə çalışdığı vaxt edir.

Cümə günü Ankarada olan Papa Fransis bütün insanların bərabərliyi əsasında dinlərarası dialoq yolu ilə fundamentalizm və terrorizmə son qoymağa çağırıb.

XS
SM
MD
LG