Accessibility links

Roma Papasının Nyu-York iqamətgahı [Video]


Roma Papasının Nyu-York iqamətgahı
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Roma Papasının Nyu-York iqamətgahı

Neo-intibah dövrünə aid olan iqamətgah 1800-ci illərin sonundan 20-ci əsrədək Nyu-York şəhərinin sabiq meri Hyu Qrant və ailəsinə məxsus olub

Papa Fransis Nyu-Yorka gəldiyində şəhərin sabiq merinin evində qonaq olacaq. Bir çox insanın isə bu ideya xoşuna gəlir.

Nyu-York şəhərinə gəldikdə Papa Fransis burada qalacaq.

Bura rəsmi olaraq BMT-nin apostolik nunsiosu arxiyepiskop Bernardito Auzanın iqamətgahı adlanır.

Ölmədən öncə sonuncu varis ailə iqamətgahını Roma papasına miras buraxmaq qərarına gəldi. Amma onun bir şərti buranın Müqəddəs Taxtın BMT-dəki daimi müşahidəçisinin iqamətgahı olması idi

Bu iqamətgah Nyu-Yorkun Mərkəzi Parkının və 5-ci avenyunun yaxınlığında, 72-ci küçədə yerləşir.

Neo-intibah dövrünə aid olan iqamətgah 1800-ci illərin sonundan 20-ci əsrədək Nyu-York şəhərinin sabiq meri Hyu Qrant və ailəsinə məxsus olub. Arxiyepiskop Auza iqamətgahın Nyu-Yorkun Katolik yeparxiyasına necə verildiyini anladıb:

“Ölmədən öncə sonuncu varis ailə iqamətgahını Roma papasına miras buraxmaq qərarına gəldi. Amma onun bir şərti buranın Müqəddəs Taxtın BMT-dəki daimi müşahidəçisinin iqamətgahı olması idi.”

72-ci küçə papanın gəlişinə və ictimaiyyətə bağlanmağa hazırlaşır. Polis artıq barrikadalar quraşdırıb və məhəllə boyu “maşın saxlamaq qadağandır” işarələri asıb. 80-ci məhəllənin ərazisinə hərəkət bağlanacaq və ya çox məhdud olacaq. Nyu-Yorkun bu gözəl məhəlləsində isə insanlar papanın gəlişi ilə bağlı qarışıq hisslərə sahibdir.

Papa Frasis
Papa Frasis

“Məncə bu möhtəşəmdir. “Düşünürəm ki, bizim və bütün dünyanın optimizmə ehtiyacı var. Məncə o, əla liderdir və getdiyi hər yerdə də gözəl işlər görəcək. Mən çox həyəcanlıyam,” deyə bir məhəllə sakini bildirib.

“Bu mənim xoşuma gəlmir. Mən bu məhəllədə yaşayıram və burada hərəkət etmək mümkün olmayacaq,” deyə digər məhəllə sakini bildirib.

Bir gigər sakin isə “mən 20 ildir bu məhəllədə yaşayıram. Daha öncə də burada digər papalar qalıb. Mənim üçün problem deyil” deyib.

Belə görünür ki, nyu-yorkluların əksəriyyəti həyəcanlıdır və Papa Frasisi səbirsizliklə Nyu-Yorkda gözləyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG