Accessibility links

Papa XVI Benediktə istefasından sonra verilən təqaüd paketı bir çox amerikalı ahıllar tərəfindən əla perspektiv kimi qəbul edilə bilər. Vatikanın 600 illik tarixində ilk dəfə hazırladığı təqaüd paketi Papaya davamlı gəlir və imtiyazlar bəxş edir.
İtaliyanın La Stampa qəzetinin xəbərinə görə Papa ayda 2,500 avro təqaüd alacaq.
Bu, təxminən 3,300 dollar və ya Amerikalı təqaüdçülərin sosial təminat idarələrindən aylıq maksimal ala biləcəyi 3,350 dollara yaxındır.
Çox az adam bu məbləği almaq hüququna malikdir. Hal-hazırda ABŞ-da bir insan təqaüdə çıxmaq üçün 70 yaşına kimi gözləməlidir. Bundan əlavə iş həyatının böyük hissəsini sosial təminatın verə biləcəyi maksimal təqaüdü ala bilməsi üçün illik 113,700 dollar hesablanan məvacibi almağa sərf etməlidir.
“Bu, çox nadir haldır” deyə Urbanizasiya İnstitutunda təqaüd üzrə ekspert Riçard Conson bildirir.
O, sosial təminat idarəsinin ödədiyi maksimal təqaüdün aylıq 1,200 dollar olduğunu deyir. Bu sadə Amerikalı təqaüdçünün heç bir xərci üçün kifayət deyil.
Riçard Conson deyir ki, bir çox adam üçün sosial təminat odənişi onların məvaciblərinin 40 faizi qədərdir. Bu çox mühümdür, ancaq insanlar daha çox 401K təqaüd proqramı kimi başqa qənaətlərinə arxalanırlar.
Teleqraf qəzetinin verdiyi xəbərə görə Roma katolik kilsəsi Papanın Vatikanda ev, yemək və xidmətçi kimi bütün xərclərini qarşılamağı üzərinə götürüb.
Conson, təqaüdçü qocalar evində yaşamırsa bu kimi xidmətlərin sadə amerikalı təqaüdçü üçün mövcud olmadığını deyir.
“Benedikt 85 yaşında təqaüdə çıxdı, amma 64 yaşında təqaüdə çıxan sadə amerikalı üçün bu qədər işləmək müstəsnadır” deyə Conson qeyd edir.
Əlbəttə, əgər işini sevirsənsə, bu, qəbulediləndir. Amma çox vaxt insanı təqaüdə çıxmağa Papada olduğu kimi səhhəti vadar edir. İnsanın səhhətində problemlər görünməyə başlayanda, onlar gözlənilən vaxtdan daha tez təqaüdə çıxmağa məcbur olurlar.
Ahıl amerikalıların üzləşdikləri ən böyük risk səhiyyə xidmətinin xərcləridir. Dövlət səhiyyə sığortası maliyyə xərclərinin bir qismini ödəyir. Ancaq xərclərin böyük qismi təqaüdçülərin üzərinə düşür.
BBC-nin xəbərinə görə Papa Vatikanın özəl tibbi sığortasına üzvlüyünü davam etdirəcək. Sözün qısası, pulsuz yaşayış evi, cib xərclərinin ödənişi və ayda bir neçə min dolların bank hesabına köçürülməsi bir çox təqaüdçünün nəzərində xülya kimi səslənir.
XS
SM
MD
LG