Accessibility links

Roma Papası kapitalizmi tənqid edir [Video]


Roma Papası argentinalı kinorejissor və senata namizəd Pino Solanasa bildirib ki, biz “Əlahəzrət Pul”un ətrafında cəmləşən ədalətsiz beynəlxalq sistemdə yaşayırıq. O, çağdaş mədəniyyətin gənclərə və yaşlılara əhəmiyyət vermədiyini deyib.

"Adlarını çəkmək istəmədiyim bəzi Avropa ölkələrində gənclər arasında işsizlik səviyyəsi 40 faizdən çoxdur. Əmək sayəsində əldə edilən ləyaqət gənc nəsildə yoxdur. Mən gənclərə bunu demək istərdim, bir birinizin qayğısına qalın. Özünüzü lazımsız hala gətirməyə icazə verməyin. Yalnız bu yolla atılma mədəniyyətinin qarşısını almaq olar."

Roma Papası gənclərə və yaşlılara məhəl qoymayan cəmiyyətin gələcəyi olmadığını deyib.

Adlarını çəkmək istəmədiyim bəzi Avropa ölkələrində gənclər arasında işsizlik səviyyəsi 40 faizdən çoxdur. Əmək sayəsində əldə edilən ləyaqət gənc nəsildə yoxdur.
15-24 yaş arası gənclərin Avropada işsizlik sayı altı miliyona yaxındır. Onların çoxu İspaniya və Yunanıstandadır. Bu ayın əvvəllərində Avropa Şurası liderləri Parisdə bir araya gələrək birliyə daxil 28 ölkədə rekord həddə çatmış işsizlik probleminin həllini müzakirə ediblər. Almaniya kansleri Angela Merkel bildirib ki, gənclərin işsizliyi Avropa ölkələrində ən böyük problemdir.

Roma Papasının Argentinadakı mesajı onun yayımladığı son çıxışından sonra gəlib. Həmin çıxışda Papa azğın kapitalizmi “yeni tiraniya” adlandırıb. Yepiskop Rino Fisiçellanın təqdim etdiyi 84 səhfəlik sənəddə Roma Papası sosial bərabərsizliyi və acgözlüyü qınayır.

Yepiskop Rino Fisiçella: Bizim gündəlik həyatımıza birbaşa müdaxilə edən və nəticəsi ağır olan bəlirsizlik, sosial bərabərsizliyin müxtəlif formaları, pul hərisliyi və sifətsiz iqtisadiyyatın hökmranlığına qarşı sayıq olmalıyıq.

Papa Fransis "Casal del Marmo" gənclər həbsxanasında məhbusun ayaqlarını yuyur. 28 mart, 2013.

Papa Fransis "Casal del Marmo" gənclər həbsxanasında məhbusun ayaqlarını yuyur. 28 mart, 2013.

Papalığa başlayandan bəri Roman Katolik Kilsəsinin rəhbəri dünya liderlərini güc toplamaqdansa insanlara xidmət etməyə dəvət edir. O, onları cəmiyyətlərinin qayğısına qalmağa və sadə olmağa çağırıb. Roma Papası həmçinin ətraf mühitin çirklənməsini tənqid edib. O, müsahibəsində su kimi təbii ehtiyatların israf olunduğunu vurğulayıb.

"Biz suyu çirkləndirə yaxud israf edə bilmərik. Biz varlıqların qayğısına qalmalıyıq," deyə Papa bildirib.

1.2 miliyard katolikin ruhani lideri olaraq Pontif dünya miqyasında da böyük nüfuza sahibdir.
XS
SM
MD
LG