Accessibility links

Rusya rəsmiləri deyir ki, Suriyanın Dosları görüşündə əldə edilən ABŞ-ın Suriya müxalifətinə maddi dəstək qərarı iki il davam edən vətəndaş müharıbəsini dayandırmağa kömək etməyəcək.

Rusya xarici işlər nazirinin yaydığı bəyanatda deyilir ki, Romada bəyan edilən qərar ekstrimistləri birbaşa güc əldə etməyə təşviq edəcək.

Dünən ABŞ dövlət katibi Con Kerri Suriya müxalifətinə ərzaq, tibbi ləvazimat və hərbi qüvvələrə qeyri-hərbi yardımı daxil olmaqla $60 miliyonluq yardım vəd edib. Con Kerri bu gün Türkiyə səfəri zamanı müxalif qüvvələrə daha nə kimi yardım ediləcəyini müzakirə edəcək.

Müxalifət qüvvələri xəbər verir ki, Suriya boyu döyüşlər davam edir. Britanyada yerləşən Suriya İnsan haqları təşkilatının Amerikanın Səsinə verdiyi məlumata görə, paytaxt Dəməşq yaxınlığında yerləşən fermada 10 cəsəd aşkar edilib. Onlardan birinin başı kəsilmiş və digərləri isə başlarından vurulub.

Təşkilat həmçinin Hələb, Dəməşq və Hama vilayətlərinin bəzi bölgələrində döyüşlərin şiddətləndiyini deyir. Ancaq verilən xəbərlərin heç biri təsdiqlənməyib.
XS
SM
MD
LG