Accessibility links

Roma Papasının səfərinin devizi: “Biz hamımız qardaşıq”

Vladimir Fekete

Vladimir Fekete

Roma Papası Fransiskinin Bakı görüşləri zamanı aparılan müzakirələr dünyada münaqişələrin dinc nizamlanmasına siqnal olacaq. Bunu Azərbaycandakı katolik kilsəsinin ordinarisi Vladimir Fekete bu gün keçirdiyi mətbut konfransında bildirib.

V.Fekete qeyd edib ki, Papanın siyasəti bütün dünyada sülh, bərabərlik və qardaşlığa yönəlib və təsadüfü deyil ki, onun Azərbaycana və Gürcüstana səfərinin devizi belədir: “Biz hamımız qardaşıq”.

“Vatikan Azərbaycanı tolerant ölkə kimi qəbul edir. Roma Papasının indiki səfəri Azərbaycanla münasibətlərin çox yüksək səviyyəyə qaldırılmasına xidmət edəcək”, o bildirib.

Feteke qeyd edib ki, hazırda Roma Papasının keçirəcəyi messada nə qədər adamın iştirak edəcəyini proqnozlaşdırmaq çətindir. Katolik kilsəsi eyni vaxtda 400 nəfər qəbul edə bilər. Odur ki, kilsə və “Amay” Ticarət Mərkəzi arasında yolun bağlanması xahişilə Xətai Rayon İcra Hakimiyyətinə məktub göndərilib ki, arzu edənlər küçədə böyük ekrandan messanı müşahidə edə bilsin.

Xatırladaq ki, Roma Papası Fransisk sentyabrın 30-dan oktyabrın 2-dək Gürcüstan və Azərbaycanda səfərdə olacaq.

Səfər proqramına görə, Papa Bakıda oktyabrın 2-də olacaq. Papanın prezident İlham Əliyevlə görüşü nəzərdə tutulur.

Papanın səfər proqramına Şəhidlər Xiyabanını ziyarət, Heydər Əliyev Mərkəzində görüşlər, Azərbaycanın dini icmalarının liderləri ilə görüşlər daxildir.

XS
SM
MD
LG