Accessibility links

Roma Papasının Bakıya səfəri başlayıb [Video]


Roma Papası Fransisk

Roma Papası Fransisk

Papa regiona sülh mesajı ilə gəlib

Oktyabrın 2-də Roma Papası Fransis Tbilisidən Bakıya gəlib.

Azərbaycana səfər Bakıdakı Müqəddəs Məryəm Kilsəsində messa ilə başlayıb.

Günün ikinci yarısında Papanın Azərbaycan prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Rusiya Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü olacaq. Bu barədə Vatikanın mətbuat xidməti məlumat verib.

Roma Papası Fransisk

Roma Papası Fransisk

Səfər ərəfəsində Roma Papası Azərbaycan xalqına müraciət edib: “Mən azərbaycanlılarla gördüyüm, hiss etdiyim həqiqət barədə danışıram. Bundan öncə də Azərbaycan prezidenti ilə görüşüb danışmışam. Azərbaycanlılara deyirəm ki, Yer Kürəsinin kiçik bir hissəsində sülhün olmaması “qaranlıq məsələdir”. Ona bilsin ki, onlar sülh yolunda razılığa gələ bilmir, ancaq onlar bunun üzərində işləməlidir. Bu anda qəlbimdə nə var, onu deyəcəyəm, irəliyə doğru hərəkət etməyə imkan verən çıxış yolunu tapmaq lazımdır”.

Papanı müşayiət edənlərdən başqa messada başqa ölkələrdən 40-a yaxın keşiş iştirak edir. Onlar Papa Fransis ilə görüşmək üçün gəliblər.

300 dini nümayəndə üçün nəzərdə tutulan Müqəddəs Məryəm Kilsəsi artıq doludur.

XS
SM
MD
LG