Accessibility links

Azərbaycan prezidenti Roma papası ilə görüşüb


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Roma Papası Fransisklə görüşüb

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Roma Papası Fransisklə görüşüb

Azərbaycan prezid

enti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda Roma papası Fransisklə görüşüb.

APA agentliyi Vatikan radiosuna istinadən verdiyi məlumata görə, bu barədə Papanın mətbuat xidmətinin yaydığı kommünikedə deyilir.

Görüşdə dinlərarası dialoq və münaqişələrin həlli ilə bağlı danışıqlar prosesi əsas müzakirə mövzuları olub.

Daha sonra prezident İlham Əliyev Vatikanın dövlət katibi, kardinal Petro Parolin və onun dövlətlərlə münasibətlər üzrə müavini Antuan Kamilleri ilə görüşüb. Müzakirə zamanı ikitərəfli münasibətlərin inkişafından razılıq ifadə edilib. Xüsusilə katolik icmasını vəziyyəti ilə bağlı məsələlər, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinə yönəlmiş təşəbbüslər diqqət mərkəzində olub. Görüşdə regional və beynəlxalq vəziyyət də müzakirə edilib.

XS
SM
MD
LG