Accessibility links

Internetdə çap edilən poman hökumət rəsmiləri və adi vətəndaşlara qarşı hücumlar həyata keçirilməsinə ilham verib. ABŞ-ın Federal Prokurorluğu qətl ittihamı ilə 65-lə 72 yaşlar arasında 4 kişiyə qarşı ittiham irəli sürüb. İstintaqın protokollarına əsasən iki gün əvvəl həbs edilən həmin 4 nəfərdən biri "Günahların yuyulması" adlı romanın süjeti əsasında hərəkətə keçdiklərini etiraf edib. Əsərdə bir qrup adam hökumət nümayəndələrinə qarşı hücuma keçir. Əsərin müəllifi Mayk Vanderboy onun bu konspirasiyada əli olmadığını bildirib. Frederik Tomas, Den Roberts, Rey Edems və Samuel Kramp adlı şəxslər Corciya ştatında radikal bir qruplaşmanın üzvüdür. Onlar qumbara və zəhərli risin maddəsi ilə hücumlar planlaşdırırdı.



XS
SM
MD
LG