Accessibility links

Respublikaçı namizədin xarici siyasət məsələləri üzrə müşaviri Dov Zahaym Amerikanın Səsinə müsahibə verib

ABŞ prezident seçkilərində respublikaçı namizəd Mitt Romni biznes dünyasında yaxşı tanınsa da, tənqidçilər onun xarici siyasət sahəsində təcrübəsinin az olduğunu deyir. Cənab Romninin xarici siyasət məsələləri üzrə müşaviri Dov Zahaym Amerikanın səsinə müsahibədə respublikaçı namizədin siyasi planlarından danışıb.

Cənab Romni prezident seçilsə ilk səfərini İsrailə edəcəyini bildirib. İyul ayında İsraildə olduğu zaman o, Suriya prezidenti Bəşar Əl-Əsəd haqda kəskin tonda çıxış edərək deyib: “Dəməşqdə nə İsrailin, nə də Amerikanın dostu olmayan diktator hakimiyyətdən iki əlli yapışaraq, öz xalqını qırır.”

Suriyada bir ildən artıqdir hökumət qüvvələri və üsyançılar arasında şiddətli döyüşlər gedir. Xarici siyasət məsələləri üzrə müşavir Dov Zahaym cənab Romninin yaraqlılara yardım edəcəyini deyib: “Mit Romni açıq bildirib ki, o, üsyançıların güclənməsi üçün əlindən gələni edəcək, bu da maliyə və təchizat yardımından ibarətdir.”

İsraildə olduğu müddətdə cənab Romni İran haqda da kəskin tonda danışaraq bunları söyləyib: “İran rejiminin nüvə ambisiyalarından əl çəkməsi üçün bütün imkanlardan istifadə edəcəyik və biz bunun diplomatik və iqtisadi yolla həll oluna biləcəyinə ümid edirik.”

İran nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bildirir. Cdov Zahaymın sözlərinə görə, cənab Romni İranın nüvə silahı istehsal etmədiyinə əmin olmaq istəyir: “Cənab Romni iranlılara deyəcək ki, nə uran zənginləşdirilməsi, nə də güzəştlər mümkündür və gücdən istifadə etməyəcəyimiz haqda ciddi şəkildə vəd verəcək, biz də gücdən istifadə etməyəcəyimizə inanmaq istəyirik.”

Demokrat partiyasının qurultayında prezident Obama rəqibinin xarici siyasət sahəsində qabiliyyətlərini şübhə altına aldı.

“Hələ də soyuq müharibə dövrünün təfəkkürü ilə düşünməsəniz Əl-Qaidəni deyil, Rusiyanı bir nömrəli düşmən adlandırmazdınız.”

Cənab Romni Rusiyanı Amerikanın geosiyasi mənada bir nömrəli düşməni adlandırmışdı.

Rusiya BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Suriyada döyüşlərin dayandırılmasına dair irəli sürdüyü qətnaməyə qarşı çıxmış və İranın nüvə ambisiylarının qarşısını almaq üçün daha ciddi ölçülərin götürülməsinin əleyhinə çıxış edib: “Bizim Rusiya ilə bağlı narahatlığımız bu ölkəni düşmən kimi gördüyümüz demək deyil, çünki biz onu düşmən hesab etmirik. Narahatlığımz Rusiyanın belə görünür, insan hüquqları sahəsində geriləmələri və qonşularına münasibətdə aqressivliyi ilə bağlıdır.”

Xarici siyasət sahəsində cənab Romninin rəqibi ilə onun arasında fərqləri vurğulamaq istədiyi daha bir ciddi məsələ Əfqanıstan müharibəsidir. Bununla belə prezidentliyə namizəd hərbi qüvvələrin 2012-cü ildə çıxarılması planının dəyişdirilməsini nəzərdə tutmur. Dov Zahaym: “2014-cü il üçün müəyyən olmuş vaxt qüvvədə qalır və cənab Romni hərbi qüvvələr razı olduğu halda bunu etməyə hazırdır.”

Dov Zahaym əlavə edir ki, cənab Romni Çinin valyuta manipulyasiyalarını etdiyini dəfələrlə desə də, Çinə düşmən ölkə kimi baxmır.

Afrika ilə bağlı respublikaçı namizədin siyasətinə gəldikdə isə Dov Zahaym onun inkişaf, səhiyyə və terrorizmə qarşı proqramlarına dəstəyi davam etdirəcəyini deyir.
XS
SM
MD
LG