Accessibility links

Barak Obama və Mitt Romninin son debatlarına qarışıq reaksiyalar verilir



ABŞ prezidenti Barak Obama və onun respublikaçı rəqibi Mitt Romninin son debatlarına qarışıq reaksiyalar verilir. Debatların baş tutduğu Palm Biç şəhərində yəhudi seçicilərin sayı çox olmasa da, əsasən demokratları dəstəkləyən yəhudilər olduqca fəal bir icmadır.

Prezident Obama İsraili Amerikanın sadiq dostu adlandırsa da, onunla İsrailin baş naziri Benyamin Netanyahu arasında İranın nüvə proqramına münasibətdə dərin fikir ayrılığı mövcuddur.

Mitt Rimni prezidenti Yaxın Şərqə səfər edərkən İsraildən yan keçməkdə günahlandırıb.Yəhudi Demoqrafiya Layihəsinin direktoru İra Şeskin Rominin iddiası ilə razılaşmır. Onun dediyinə görə, Obama 2009-cu ildə Qahirədə olarkən İsrailin dostluğunu bir daha vurğulamış, Holokastın inkar edilə bilməyəcəyini söyləmişdi.

Lakin amerikalı yəhudi Stenli Zerner Obamanı dəstəkləməyəcəyini bildirib. O, 4 il keçsə də, Obmanın heç bir iş görmədiyini, İranın atom bombasının istehsalına yaxınlaşdığını deyib.

Müsəlmanları isə prezidentliyə namizədlərin hər ikisinin də İsraili dəstəkləməsi narahat edir. Siyasi fəal Amber Çaudru hesab edir ki, onlar Fələstinə deyil, yalnız İsrailə arxadır.

Bu arada, Pakistan Senatının Müdafiə Komitəsinin rəhbəri Müşahid Hüseyn Mitt Romninin Pakistanla bağlı mövqeyini alqışlayıb. O, Pakistanla yaxşı münasibətlərin tərəfdarı olan namizədin Pakistanın Əfqanıstan, terrorizmlə mübarizə və nüvə silahları məsələsində rolunun vacibliyini vurğulamasını yüksək qiymətləndirib.
XS
SM
MD
LG