Accessibility links

Ağ Ev dünən aşkara çıxan gizli çəkiliş videosuna görə ABŞ prezidentliyinə Respublikaçı namizəd Mitt Romnini tənqid edib.

Viodeoda göstərilir ki, Mitt Romni Barak Obamanın tərəfdarlarını "ələbaxan" ABŞ vətəndaşları adlandırıb. O, bu sözləri hökumət müavinətlərindən faydalanmağa çalışan seçicilərə ünvanlayıb.

Liberal jurnal Mother Jones-un veb səhifəsində yayımlanan video cənab Romnini may ayında özəl pul toplama mərasimində çıxış edərkən göstərir.

"Heç nədən asılı olmayaraq əhalinin 47 faizi prezidentə səs verəcək. Deməli, hökumətdən asılı olan, özlərinə yazıqları gələn, hökumətin onların qayğısına qalmalı olduğunu, hökumətin pulsuz səhiyyə, ərzaq, ev və s. xidmətlərindən yararlanmalı olduğunu düşünən 47 faiz insan prezidentlə olacaq" - deyə o, bildirib.

Cənab Romni auditoriyaya deyib ki, o, bu insanların səsini almayacağından narahat deyil, çünki o, heç vaxt bu insanları öz üzərlərinə məsuliyyət götürməyə inandıra bilməz.

Videonun açıqlanmasına reaksiya verən cənab Romni deyib ki, o, prezidentlə özü arasındakı fərqi cızmaq istəyirdi, lakin etiraf edib ki, bu, daha eleqant şəkildə edilə bilərdi.

Obama kampaniyası videonu "şokedici" adlandıraraq cənab Romnini millətin yarısına məhəl qoymamaqda günahlandırıb.
XS
SM
MD
LG