Accessibility links

Romni: Trampın bizi irəliyə aparacaq insan oluğuna dair ümidlərim artdı


ABŞ prezidenti seçilmiş Donald Tramp və Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni Nyu Yorkda Tramp Beynəlxalq Hotelində

ABŞ prezidenti seçilmiş Donald Tramp və Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni Nyu Yorkda Tramp Beynəlxalq Hotelində

ABŞ prezidenti seçilmiş Donald Trampın bir zamanlar kəskin tənqidçisi olmuş Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni Trampla şam yeməyindən sonra onun haqda yüksək fikir söyləyib.

“Biz dünya məsələləri ilə bağlı daha bir görüş keçirdik. Onunla apardığım müzakirələr informativ, maraqlı və xoş oldu və mən çox razı qaldım. Bütün bunlar məndə Trampın bizi daha yaxşı gələcəyə aparacaq bir insan olduğuna dair ümidləri gücləndirdi”-deyə Romni görüşdən sonra bildirib.

Trampın Romni ilə onun dövlət katibi vəzifəsinə namizədliyini müzakirə etmək üçün ikinci görüşü Nyu Yorkda Trampın hotelindəki restoranda keçib. Şam yeməyi əsnasında müzakirələr zamanı onları Trampın Ağ Evdə administrasiyanın rəhbəri vəzifəsinə seçdiyi Reyns Pribus müşayiət edib.

ABŞ prezidenti seçilmiş Donald Tramp, Mitt Romni və Reyns Pribus

ABŞ prezidenti seçilmiş Donald Tramp, Mitt Romni və Reyns Pribus

Romninin görüş haqda müsbət açıqlamaları onun doqquz ay bundan əvvəl Trampın Respublikaçılar partiyasından nominasiya almaq üçün rəqiblərinə dəstək verdiyi çıxışından sonraya təsadüf edir.

Mart ayında etdiyi çıxış zamanı Romni Trampın iqtisadi planını həyata keçirdiyi halda, ölkənin “uzun müddətə tənəzzülə uğraya biləcəyini” və Trampın xarici siyasət sahəsində “ağıllı” olmadığını demişdi.

Tramp yeni administrasiyasında ən yüksək vəzifələrdən biri olan dövlət katibi postuna hələ təyinat etməyib. Romni ilə bərabər bu vəzifəyə nəzərdən keçirilən digər namizədlər Nyu York şəhərinin keçmiş meri Rudi Culiani, Tennessi ştatından senator Bob Korker və Mərkəzi Kəşfiyyat Agentliyinin keşmiş direktoru, təqaüdə çıxmış ordu generalı Deyvid Petreasdır.

Show comments

XS
SM
MD
LG