Accessibility links

Herman Van Rompuy:" Viktoriya Nulandın Avropa İttifaqı haqda dedikləri qəbuledilməzdir"


Avropa Şurasının rəhbəri Herman Van Rompuy ABŞ dövlət katibinin yardımçısı Viktoriya Nulandın Avropa İttifaqı haqda dediklərini qəbuledilməz adlandırıb. Rompuy bunu Belçika jurnalistləri ilə görüşü zamanı deyib.

Bundan əvvəl Almaniya kansleri Anqela Merkel eyni mövqedən çıxış edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Nulandın sözlərinə görə üzr istədiyini bildirib.

ABŞ diplomatı Viktoriya Nuland məxfi telefon danışığı zamanı Avropa Şurası haqda alçaldıcı rəy bildirməsi ictimaiyyətə dünən sızıb.

Nuland jurnalistlərə bildirib ki, o, məxfi diplomatik danışıqlar barədə mətbuata açıqlama verməyəcək. Nuland danışığın yüksək keyfiyyətlə lentə alındığını deyərək, bunu peşakar taktika adlandırıb.

ABŞ rəsmiləri dövlət katibinin köməkçisi Viktoriya Nuland və ABŞ-ın Ukraynadakı səfiri Cefri Pyatın səs yazısının ictimaiyyətə sızmasında Rusiyanın əli oluduğunu təxmin edirlər.

Səs yazısında xanım Nuland və cənab Pyat Ukraynada davam edən siyasi böhranın beynəlxalq səylər vasitəsi ilə həllini müzakirə edir. Nulandın səsi olduğu təxmin edilən qadın Avropa Şurasının mövqeyinin nəzərə alınmamasına dair nalayiq sözlər işlədib.

ABŞ rəsmiləri YouTube saytında yayılan səs yazısının Rusiya baş nazirinin köməkçisi Dmitri Roqozin tərəfindən tvitterdə paylaşdığını vurğulayıb.

Roqozinin sözüçüsü Dmitri Loskutov Associated Press-ə bildirib ki, səs yazısının icimaiyyətə sızmasında Rusiya höküməti, və ya Roqozinin heç bir rolu yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG